Advert
Advert

Rutte: Ankarada milyardlarla dollarlıq müqavilələr imzalanacaq

Tarix:
Rutte: Ankarada milyardlarla dollarlıq müqavilələr imzalanacaq
Reklam

NATO ölkələri iyulun 7-8-də Ankarada keçiriləcək yüksək səviyyəli görüş çərçivəsində müdafiə sənayesi sahəsində on milyardlarla dollarlıq müqavilələr imzalayacaqlar.

Reyting.az xəbər verir ki, bu barədə NATO-nun baş katibi Mark Rutte "The Washington Post" qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, Ankarada Avropa və Şimali Amerika şirkətləri ilə müdafiə sənayesi sahəsində irihəcmli yeni müqavilələrin imzalanacağı elan olunacaq.

Qeyd edək ki, iyulun 7–8-də Ankarada keçiriləcək yüksək səviyyəli görüşdə Avro-Atlantik regionunun üzləşdiyi təhdid və çağırışlar, Ukraynadakı vəziyyət, eləcə də NATO-nun cənub cinahının təhlükəsizliyi əsas müzakirə mövzuları olacaq.

E. Kamal
 

Reklam