NATO-nun baş katibi Mark Rutte alyansa üzv ölkələrə hər il ÜDM-in (ümumi daxili məhsulun) 0,25 faizini Ukraynaya dəstək üçün ayırmaq təklifi ilə müraciət edib.
Reyting.az “Politico” nəşrinə istinadən xəbər verir ki, təşəbbüs aprelin sonlarında NATO səfirlərinin qapalı görüşündə elan olunub. Təklif dəstək qazanarsa, alyansın maliyyələşdirilməsi üç dəfə artaraq 143 milyard dollara çata bilər.
Qəzetin yazdığına görə, təklif Fransa və Böyük Britaniya da daxil olmaqla, bir sıra müttəfiq ölkələr arasında şübhə doğurub. Məsələnin gələn həftə Helsinqborq şəhərində keçiriləcək NATO xarici işlər nazirlərinin görüşündə yenidən müzakirə olunması planlaşdırılır.
Qeyd olunur ki, yekun qərarın qəbul edilməsi üçün NATO-nun bütün üzv ölkələrinin razılığı vacibdir.
E. Kamal