Advert
Advert

Şəmkirdəki qəzada ölən və xəsarət alan var

Tarix:
 Şəmkirdəki qəzada ölən və xəsarət alan var
Reklam

Şəmkirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Reyting.az APA-ya istinadla xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan “VAZ 2106” ilə “Hyundai” markalı minik maşınları toqquşub.

Nəticədə “VAZ 2106”-nın sürücüsü ölüb, xəsarət alan bir nəfər isə xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Reklam