Advert
Advert

Sabiq icra başçısı: AQTA-nın ətin üzərinə vurduğu möhür insanlara təhlükə yaradır

Tarix:
Sabiq icra başçısı: AQTA-nın ətin üzərinə vurduğu möhür insanlara təhlükə yaradır
Reklam

“Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin ət məhsullarının üzərinə vurduğu möhür həmin ətin təhlükəsizliyini, sağlamlığa yararlılığını və rəsmi qaydada yoxlanıldığını təsdiq edir. Mənə bir neçə rayonda deyiblər, hətta göstəriblər ki, bu möhür üçün kimyəvi məhluldan (“çernil”) istifadə olunur. Belə möhür ətin üzərində xeyli sayda vurulur və onu yuyub təmizləmək olmur və ya çox çətin olur. Nəticədə hətta sağlam ət də orqanizm üçün təhlükə yaradır”.

Reyting.az xəbər verir ki, bu sözləri Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri, Yasamal rayonunun sabiq icra başçısı Sahib Məmmədov Feysbuk-dakı hesabında yazıb.

 O bildirib ki, qaynadanda hətta həmin ətin suyu göy rəngə çevrilir: “Halbuki möhür üçün təhlükəsiz olan orqanik tərkibli xüsusi maye olmalıdır. Bu barədə AQTA ictimaiyyətə məlumat versəydi, yaxşı olardı”.

Reklam