Advert
Advert

Sabiq prezident Bibiheybət məscidini ziyarət edib

Tarix:
Sabiq prezident Bibiheybət məscidini ziyarət edib
Reklam

Birləşmiş Millətlər Təşkilatının Dünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF 13) iştirak etmək üçün Bakıya gələn Mavriki Respublikasının sabiq prezidenti Əminə Qurib-Fakim Bibiheybət məscidini ziyarət edib. 

Reyting.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının üzvü Hacı Rahib Babayev qonaqlara Bibiheybət ziyarətgahının tarixi, Azərbaycan dövləti tərəfindən məscid-kompleksdə həyata keçirilən bərpa-quruculuq işləri barədə ətraflı məlumat verib. 

Ziyarətgah kompleksi ilə yaxından tanış olan Mavriki Respublikasının keçmiş rəhbəri Əminə Qurib-Fakim burada ziyarətçilərə yaradılan şəraiti yüksək qiymətləndirib, qədim dini-tarixi məkanı görməkdən məmnun qaldığını bildirib. 

Sonda qonağa və onu müşayiət edən nümayəndə heyətinin üzvlərinə xatirə hədiyyələri təqdim olunub.     

 

Reklam