ABŞ-da həbsdə olan Venesuelanın sabiq prezidenti Nikolas Maduro Venesuela vətəndaşlarına və dünya xalqlarına Pasxa müraciətində iman, ümid və sevginin əhəmiyyətindən danışıb və birliyə, dialoqa və barışığa çağırış edib.
Reyting.az xəbər verir ki, bəyanat Nikolas Maduronun oğlu Querranın sosial media səhifəsində yayımlanıb.
O, Lazarın dirilməsi də daxil olmaqla, İncildən parçalara istinad edərək Pasxa bayramının "əzab olmadan dirilmənin olmadığını" xatırlatdığını söyləyib.
Maduro həmçinin "nifrət, yalan, bölünmə və kin daşını çıxarmağa" çağırıb. O, həyatın, həqiqətin və sevginin sonda qalib gəldiyini vurğulayıb.
Maduro çıxışında bildirib ki, bu Pasxa bazar günü həyatın və həqiqətin qələbəsi olduğunu qətiyyətlə təsdiqləmək vaxtıdır:
“Ölüm qalib gəlmir: Məsih qalib gəlir. Yalan qalib gəlmir: həqiqət qalib gəlir. Nifrət qalib gəlmir: sevgi qalib gəlir. Və bu qələbə bizi bütün insanlar arasında birlik, dialoq, barışıq və sülh üçün səy göstərməyə çağırır",- deyə Maduronun müraciətində qeyd olunur.
Sabiq president sonda Venesuelaya və dünya xalqlarına xeyir-dua arzulayıb.
V. Quliyev