Advert
Advert

Şagirdlərin 1-ci sinifə elektron qəbulu başlayır

Tarix:
Şagirdlərin 1-ci sinifə elektron qəbulu başlayır
Reklam

Şagirdlərin 1-ci sinifə elektron qəbuluna mayın 1-də başlanılacaq.

Reyting.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov brifinqdə deyib.

O bildirib ki, valideynlərin məktəb seçimi isə mayın 6-dan başlayacaq:

"Gəncə-Daşkəsən, Abşeron-Xızı, Bakı Şəhəri və Naxçıvanda prioritetli qəbul tətbiq olunacaq müəssisələrin siyahısı artıq elan edilib. Birinci sinfə qəbul prosesinin mərhələli təşkili valideynlər üçün daha şəffaf və əlçatan seçim imkanı yaradır, prioritetli qəbul mexanizmi isə məktəbə yerləşdirmədə ədalətliliyi təmin edir".

Reklam