ABŞ-İran danışıqları aprelin 11-də İslamabadda başlayacaq.
Reyting.az “Aja News”-a istinadla bildirir ki, bu barədə Pakistanın baş naziri Şahbaz Şərif məlumat verib .
Pakistan lideri bildirib ki, “Şənbə günü ABŞ və İrandan nümayəndə heyəti Pakistanda olacaq və danışıqların uğurlu olmasını təmin etmək üçün əlimizdən gələni edəcəyik".
İran tərəfi daha əvvəl danışıqların 10 aprelə təyin olunduğunu açıqlamışdı. ABŞ prezidenti Donald Tramp İran və Amerika nümayəndə heyətləri arasında danışıqların nəticələrinin 24 saat ərzində məlum olacağını bildirmişdi.
E. Kamal