“Şəfa” daha bir transferini reallaşdırıb.
Reyting.az xəbər verir ki, Bakı klubu müdafiəçi Arsen Ağcabəyovu heyətinə qatıb. 25 yaşlı futbolçu ilə 1 ilik müqavilə imzalanıb.
O, son olaraq “Şamaxı”da çıxış edib. “Sabah”ın da üzvü olmuş azərbaycanlı futbolçu icarə əsasında “Səbail”in formasını geyinib.(Matc.az)