Honkonqun Hunhom şəhəri sahilindəki bir ərazidə 24 saat fəaliyyət göstərən, ancaq humanoid robot tərəfindən idarə olunan yeni mağaza istifadəyə verilib. Pekin şirkəti "Galbot" mütəxəssislərinin hazırladıqları və "Syao Qay" adı verilən bu robot məhsulları rəflərə düzür, sifarişləri hazırlayır, ödənişləri qəbul edir, eyni zamanda müştəriləri ilə bir neçə dildə ünsiyyət qurmağı bacarır.
Reyting.az-ın məlumatına görə, kapsul tipli portativ mağazada qəlyanaltılar, reseptsiz dərmanlar, həmçinin gündəlik tələbat malları satılır.
"Galbot"un təmsilçilərinin fikrincə, layihənin alıcı axını tezliklə 40 faizədək artacaq.
Şirkətdən verilən məlumata görə, onlar çox yaxın vaxtlarda 10 şəhərdə daha 100 belə məntəqə açmağı planlaşdırırlar. Lakin yerli mütəxəssislər bu layihəni hələlik daha çox texnoloji yenilik, eləcə də eksperiment olduğunu söyləyib, mağazanın şəbəkə kimi sayının artırılmasına diqqətlə, ehtiyatla yanaşmağı tövsiyə ediblər.
"Galbot" şirkətinin məlumatına görə, bütün gücü ilə işləyən, bir robotun idarə etdiyi bu yeni kapsul tipli portativ mağaza indiyədək alıcılarına qüsursuz xidmət göstərir və çox böyük uğurla öz fəaliyyətini davam etdirir.
Oqtay Qorçu