"Humans to Titan Summit 2026" sammitində kosmosu tədqiq edən elm adamları Saturn peykinin Marsdan sonra insanların növbəti pilotlu kosmik missiyası üçün əsas hədəf olacağı ilə bağlı müzakirələr aparıblar.
Reyting.az xəbər verir ki, 2026-cı ilin iyun ayında keçirilən sammitdə mütəxəssislər həmçinin skafandrlar, eləcə də yaşayış modulları, nəqliyyat vasitələri və elm aləmində Titan kimi tanınan Saturnun sərt iqlimi şəraitində fəaliyyət imkanlarını da dəyərləndiriblər.
Məlumata görə, Titanın digər Saturn peyklərindən, xüsusilə, ən çox diqqəti cəlb edən Enseladdan nümunələrin gətirilməsi barədə aralıq baza kimi istifadə olunması perspektivləri də nəzərdən keçirilib.
Alimlər bildiriblər ki, Saturnun metan, azot, oksigen ehtiyatları həmçinin gələcəkdə də kosmik missiyaları reallaşdırmaq məqsədi ilə istehsal ediləcək yanacaqda əhəmiyyətli dərəcədə böyük dəstək olacaq.
Tədqiqatçıların fikrincə, peykin daha ətraflı öyrənilməsi üçün "Dragonfly" aparatının 2028-ci ildən tez olmamaq şərti ilə orbitə buraxılması planı daha düzgün qərardır.
Oqtay Qorçu