ABŞ Senatı Prezident Donald Trampın İrana qarşı hərbi əməliyyatlarla bağlı səlahiyyətlərini məhdudlaşdırmağı nəzərdə tutan qətnaməni rədd edib.
Reyting.az xarici mətbuata istinadla xəbər verir ki, Respublikaçıların çoxluq təşkil etdiyi Senat bununla da Trampın mövqeyini dəstəkləyib.
CNN-in məlumatına görə, çərşənbə günü keçirilən səsvermə bu il Senatda İranla bağlı hərbi səlahiyyətlər mövzusunda aparılan on birinci müzakirə olub.
Xatırladaq ki, bundan bir gün əvvəl Senat ABŞ Prezidentini İrana qarşı hərbi gücdən istifadəni dayandırmağa çağıran qətnaməni 50-48 səs çoxluğu ilə qəbul etmişdi.
Donald Tramp isə həmin sənədi “vaxtsız və mənasız” adlandıraraq kəskin tənqid etmişdi. ABŞ Prezidenti bildirmişdi ki, təşəbbüsü dəstəkləyən senatorlar Vaşinqtonun Tehranla danışıqlardakı mövqeyini zəiflədir və bununla da ABŞ-ın rəqiblərinə üstünlük qazandırırlar.
E. Kamal