Advert
Advert

Serial ABŞ iqtisadiyyatına 1,5 milyard dollar gəlir gətirib

Tarix:
Serial ABŞ iqtisadiyyatına 1,5 milyard dollar gəlir gətirib
Reklam

Milyonlarla izləyicisi olan “Çox qəribə hadisələr” (“Stranger Things”) serialı ABŞ iqtisadiyyatına 1,5 milyard dollar gəlir gətirib. “Netflix” platformasında yayımlanan ekran əsəri həmçinin 8 mindən çox yeni iş yerinin yaradılmasına səbəb olub.

Reyting.az xəbər verir ki, serialın çəkilişlərindən ən çox gəlir əldə edən ştatlar sırasında Corciya (650 milyon dollar) və Kaliforniya (500 milyon dollar) ilk yerlərdə qərarlaşıb.

Bundan əlavə, “Çox qəribə hadisələr” serialı “Dungeons & Dragons” oyununa marağı 2016-cı ildən bu günədək 673 faiz artırıb. Serial həmçinin Keyt Buşun “Running Up That Hill” adlı mahnısının təxminən 38 ildən sonra yenidən “Top 10” siyahısına düşməsinə səbəb olub.

Baxış sayı 1,2 milyardı ötən və yerli tamaşaçılar tərəfindən maraqla qarşılanan serialın 5-ci mövsümünün finalı 31 dekabrda yayımlanacaq.

Oqtay QORÇU

Reklam