Hollivudun tanınmış aktyoru Set Roqen "Ouşenin dostları" film seriyasının yeni hissəsinə qoşulub. Aktyor ekran əsərində Ruben Tişkoff obrazını canlandıracaq.
Reyting.az xəbər verir ki, filmdəki hadisələr 1962-ci ildə Monakoda cərəyan edəcək.
"World of Reel" nəşri yazır ki, yeni ekran əsərində baş rolları Bredli Kuper, Marqo Robbi və Vaqner Moura canlandıracaqlar.
Hələlik bununla bağlı rəsmi açıqlama verilməsə də, insayderlərin yaydığı məlumata əsasən, "Ouşenin dostları" filminin prekveli "Warner Bros. Pictures" kinostudiyası tərəfindən hazırlanır. Filmin istehsalında "LuckyChap Entertainment" kinostudiyası da iştirak edir.
Bildirilib ki, yeni filmin çəkilişlərinə gələn ay Monakoda başlanılacaq.
Oqtay Qorçu