Advert
Advert

Şeyxülislam Xamnəinin vida mərasimində iştirak etməyəcək

Tarix:
Şeyxülislam Xamnəinin vida mərasimində iştirak etməyəcək
Reklam

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə İranın mərhum ali lideri Ayətullah Seyyid Əli Xamnəinin dəfn mərasimində iştirak etməyəcək.

Reyting.az xəbər verir ki, Paşazadə Xamnəinin dəfn mərasiminin keçiriləcəyi tarixlərdə əvvəlcədən planlaşdırılmış başqa xarici səfərdə olacaq.

Məlumata görə, QMİ sədri həmin günlərdə Özbəkistanda keçiriləcək rəsmi tədbirlərdə iştirak edəcək. Nəticədə onun Tehranda təşkil olunacaq vida və dəfn mərasimində iştirak etməsi baş tutmayacaq.

Qeyd edək ki, Seyyid Əli Xamnəinin vida mərasimi iyulun 4-də saat 06:00-da Tehrandakı İmam Xomeyni Musallası kompleksində başlayacaq və iyulun 5-i saat 20:00-dək davam edəcək. Tehranda və Qumda keçiriləcək mərasimlərdən sonra Xameneinin nəşi İraqın dörd şəhərinə aparılacaq, daha sonra isə son dəfn üçün Məşhədə qaytarılacaq.

Mərhum ali liderin iyulun 9-da Məşhəd şəhərində torpağa tapşırılması nəzərdə tutulur./Modern.az

Reklam