Advert
Advert

Si Cinpin Donald Trampı Şərq Qapısında qarşılayıb

Tarix:
Si Cinpin Donald Trampı Şərq Qapısında qarşılayıb
Reklam

Çin rəhbəri Si Cinpin bu gün səhər ABŞ Prezidenti Donald Trampın qarşılanma mərasimində iştirak edib. Tədbir, ənənəvi olaraq, Pekinin mərkəzi Tiananmen Meydanı yaxınlığındakı Böyük Xalq Zalının Şərq Qapısında baş tutub.

Reyting.az xarici mediaya istinadla xəbər verir ki, belə bir mərasimin keçirilməsi Çinin ev sahibliyi etdiyi xarici liderlərin dövlət səfərləri protokolunun tərkib hissəsidir. Bu, həm də Pekinin qonaqpərvərliyinin və hörmətinin əlamətidir.

Qeyd edək ki, Si Cinpinlə Donald Trampın görüşü başlayıb. Liderlərin ikitərəfli və beynəlxalq məsələləri müzakirə etdiyi bildirlir.

* “Donald Tramp administrasiyası Yaxın Şərqdə gərginliyi azaltmaq üçün Çinin təsirindən istifadə etməyə ümid edir”. Bu sözləri ABŞ dövlət katibi Marko Rubio “Fox News” telekanalına müsahibəsində deyib. O, bəyan edib ki, Vaşinqtonun əsas məqsədi Tehranı hazırkı hərbi strategiyasından əl çəkməyə məcbur etməkdir. ABŞ Çini Hörmüzü xilas etmək üçün İrana təzyiq göstərməyə məcbur etmək istəyir. Rubionun sözlərinə görə, mövcud şəraitdə Pekin böhranın tezliklə həllində maraqlıdır. O xatırladıb ki, Çinin ticarət gəmiləri və tankerləri bloklanıb və sözün əsl mənasında, körfəzdə ilişib qalıb, hərəkət edə bilmir.

E. Kamal
 

Reklam