Türkiyəli məşhur müğənni Sibel Canın ailə qurmağa hazırlaşdığı ilə bağlı yenidən iddialar ortaya çıxıb.
Reyting.az xəbər verir ki, ifaçı özündən 11 yaş kiçik iş adamı Emir Sarıgüllə nikah masasına əyləşəcək. Cütlüyün toyunun yayda Mayamidə olacağı deyilir.
Qeyd edək ki, cütlük uzun müddətdir sevgilidir. Emir Cümhuriyyət Xalq Partiyasının (CHP) millət vəkili Murtafa Sarıgülün oğludur.(Axşam.az)
