Hollivudun məşhur aktrisası Sidni Suininin "X adamlar" filminə qoşula biləcəyi ilə bağlı iddialar yayılıb. Məlumata görə, kinoaktrisa yeni lentə alınacaq "X adamlar" bölümündə mutant Emma Frostun obrazını canlandıra bilər.
Reyting.az xəbər verir ki, bu məlumat hələlik öz rəsmi təsdiqini tapmayıb. Filmlə bağlı iddialar isə yalnız "MyTimeToShineHello" insayderinin mənbələrinə əsaslanır.
Lakin indiyədək nə "Marvel Studios" şirkəti, nə də aktrisa tərəfindən heç bir rəsmi açıqlama verilməyib. Məhz buna görə də, "Marvel Studios"un təmsilçiləri bu xəbərə yalnız şayiə kimi yanaşmağı tövsiyə edib.
Oqtay Qorçu