Şimali Koreya lideri Kim Çen In ölkənin donanmasına yeni çoxməqsədli "Çoe Hyon" esminesi təhvil verilməsi mərasimində çıxışı zamanı növbəti beş il ərzində hər il eyni sinifdən və ya daha yüksəkdən iki gəminin inşasına əmr verib.
Reyting.az xəbər verir ki, bu barədə məlumatı Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) yayıb.
"Yeni beşillik plan ərzində hər il iki “Çoy Hyon” sinifli və ya daha yüksək səviyyəli yerüstü gəmi, o cümlədən 10.000 ton su tutumuna malik kreyserlər inşa etmək lazımdır", - deyə o bildirib.
Şimali Koreya lideri həmçinin Hərbi Dəniz Qüvvələrinin döyüş qabiliyyətini artırmaq üçün bütün planların, o cümlədən müşayiət gəmilərinin və xüsusi təyinatlı gəmilərin inşasının, sualtı silah sistemlərinin hazırlanması və istehsalının vacibliyini vurğulayıb.
Bundan əlavə, Kim Çen In Koreya Əmək Partiyasının plenar iclasında KXDR donanması üçün yeni bazaların tikilməsi barədə qərar qəbul edildiyini bildirib.
E. Kamal