Advert
Advert

Şirvanda 6 nəfərin zəhərlənməsi faktı üzrə cinayət işi açılıb

Tarix:
Şirvanda 6 nəfərin zəhərlənməsi faktı üzrə cinayət işi açılıb
Reklam

Şirvanda 6 nəfərin zəhərlənməsi faktı ilə bağlı araşdırma aparılır.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən Reyting.az-a bildirilib ki, aprelin 7-də Şirvan şəhərində fəaliyyət göstərən iaşə obyektlərindən birində qəbul etdikləri qidadan 6 nəfərin zəhərlənməsi faktı ilə bağlı şəhər prokurorluğunda araşdırma aparılır.

Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi məqsədilə prokurorluq əməkdaşları tərəfindən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının iştirakı ilə iaşə obyektindəki qidalardan nümunələr götürülərək müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual hərəkətlər icra olunub.

***

Hadisənin Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən "Pizza Time" restoranında baş verdiyi müəyyən edilib. Agentliyin mütəxəssisləri tərəfindən nümunələr götürülərək müayinələrə cəlb olunub. Obyektin fəaliyyəti dayandırılıb.

Araşdırmalar davam etdirilir.

Reklam