Cənubi Koreyanın “SK Hynix” şirkəti süni intellekt sistemləri üçün nəzərdə tutulan yüksək ötürmə qabiliyyətli yaddaş (HBM) çiplərinə artan tələbat sayəsində bazar dəyərinə görə hətta ölkənin texnologiya nəhəngi “Samsung Electronics” şirkətini də geridə qoyub.
Reyting.az xəbər verir ki, Cənubi Koreya mətbuatının məlumatına görə, şirkətin bazar kapitallaşması 1,35 trilyon dollara çatıb. Bununla da “SK Hynix” ölkənin ən dəyərli açıq səhmdar cəmiyyətinə çevrilib.
Məlumata əsasən, şirkət hazırda qlobal HBM yaddaş çipləri bazarının təxminən 61 faizinə nəzarət edir.
Mütəxəssislər bildirirlər ki, “SK Hynix”-in sürətli yüksəlişi məhz süni intellekt sistemlərində istifadə olunan HBM yaddaş çipləri bazarındakı lider mövqeyi ilə bağlıdır. Şirkətin məhsullarından NVIDIA və Google kimi dünya nəhənglərinin istifadə etməsi onun beynəlxalq nüfuzunu daha da artırıb.
Analitiklərin fikrincə, qlobal süni intellekt bumunun yaratdığı tələbat yarımkeçirici sənayesində güc balansını dəyişib. Bu səbəbdən “SK Hynix”-in yaxın illərdə “Samsung” ilə fərqi daha da azaltması və gəlirlərini sürətlə artırması gözlənilir.
Ekspertlər hesab edirlər ki, şirkətin gələcəkdə Nasdaq birjasında listinq imkanını nəzərdən keçirməsi ilə bağlı xəbərlər də “SK Hynix”-in perspektivləri barədə səsləndirilən müsbət proqnozları daha inandırıcı edir.
Oqtay Qorçu