Advert
Advert

SOCAR-ın Müşahidə Şurasının tərkibində dəyişiklik olub

Tarix:
SOCAR-ın Müşahidə Şurasının tərkibində dəyişiklik olub
Reklam

“Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 yanvar tarixli 2446 nömrəli Sərəncamında dəyişiklik edilib.

Reyting.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb. 

“Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 yanvar tarixli 2446 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 1, maddə 62 (Cild I) birinci hissəsində “Azər Bayramov – Azərbaycan Respublikası maliyyə nazirinin müavini” sözləri “Anar Kərimov – Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini” sözləri ilə əvəz edilsin”, - deyə sənəddə deyilir. 

Reklam