Advert
Advert

SOCAR Misirin Dövlət Neft Korporasiyası ilə müqavilə imzalayıb

Tarix:
SOCAR Misirin Dövlət Neft Korporasiyası ilə müqavilə imzalayıb
Reklam

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Misirin Dövlət Neft Korporasiyası (EGPC) arasında əməkdaşlığın əsas istiqamətlərini müəyyən edən çərçivə müqaviləsi imzalanıb.

Reyting.az SOCAR-a istinadla bildirir ki, imzalanma mərasimi 9-cu Misir Beynəlxalq Enerji Konfransı və Sərgisi ("EGYPS 2026") çərçivəsində baş tutub.

Tədbirdə enerji təhlükəsizliyi, dayanıqlı inkişaf, bərpaolunan enerji mənbələri və müasir texnologiyaların tətbiqi kimi aktual məsələlər müzakirə olunub.

SOCAR-ın vitse-prezidentinin müavini Vitaliy Bəylərbəyov tədbir çərçivəsində panel müzakirələrində çıxış edərək Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolunu və Cənub Qaz Dəhlizinin strateji əhəmiyyətini diqqətə çatdırıb.

Reklam