Son yüz il ərzində yaponların baş forması dəyişərək daha yuvarlaq olub. Bunu alimlərin yeni araşdırmaları göstərir.
Reyting.az-ın məlumatına görə, tədqiqatçılar bildiriblər ki, yaponların yanaq sümükləri daralıb, üst çənə genişlənib, burun isə daha incə və çıxıntılı olub.
Tədqiqatların nəticələrinə görə, bu, genetik dəyişikliklərdən çox, həyat tərzi ilə bağlıdır. Ən əsas səbəblər kimi yaxşı qidalanma, yumşaq qidaların qəbul edilməsi, ümumilikdə isə sağlamlıq göstərilir.
Yeni araşdırmalar kişilər və qadınlar arasındakı fərqlərin artdığını da müəyyən edib. Mütəxəssislər xüsusi vurğulayıblar ki, onlar, kişilərdə qaşüstü çıxıntıların və üz hissənin daha da önə çıxmasını müşahidə ediblər.
Alimlərin fikrincə, yaponlar arasında daha çox müşahidə olunan, bu günədək davam edən oxşar dəyişikliklər ola bilsin ki, bir çox xalqlarda da baş verir, lakin bunu təsdiqləmək üçün daha geniş və əhatəli tədqiqatlara ehtiyac var.
Oqtay Qorçu