Advert
Advert

“Space TV”-də genişmiqyaslı yoxlamalar başlayıb

Tarix:
“Space TV”-də genişmiqyaslı yoxlamalar başlayıb
Reklam

“Space TV”-də müvafiq qurumlar tərəfindən genişmiqyaslı yoxlamalara start verilib.

Reyting.az-ın məlumatına görə, bu barədə tanınmış jurnalist Arifə Əliyeva məlumat yayıb. 

Jurnalist iddia edir ki, hazırda telekanalda aparılan ciddi yoxlamaların əsas səbəbi maliyyə pozuntuları ilə bağlı dövlət qurumlarına daxil olan çoxsaylı şikayətlərdir.

Məlumata görə, yoxlama birbaşa telekanalın rəhbəri Vado Korovinin fəaliyyət dövrünü, habelə onun telekanalda çalışan kürəkəni Nəriman Abduləliyevin işini əhatə edir. İddia olunur ki, Vado Korovin son dövrlər “Space TV”-ni peşəkar media qurumu deyil, sanki öz şəxsi təsərrüfatı kimi idarə edirmiş.

A. Əliyeva bildirib ki, V. Korovin telekanaldakı peşəkar kadrları müxtəlif yollarla işdən uzaqlaşdıraraq, onların yerinə öz qohum-əqrabasını cəlb edib. Bu “kadr islahatları” və idarəetmədəki qeyri-şəffaflıq isə maliyyə yoxlamalarına səbəb olub. Hazırda telekanalda gərgin vəziyyətin hökm sürdüyü və yoxlamaların nəticəsindən asılı olaraq ciddi kadr dəyişikliklərinin baş verəcəyi bildirilir.(Konkret.az)

Reyting.az “Space TV” rəhbərinin məsələyə münasibətinə yer ayırmağa hazırdır.
 

Reklam