Advert
Advert

"SpaceX" şirkəti "Qızıl Günbəz" layihəsini həyata keçirəcək

Tarix:
Reklam

Amerikalı milyarder İlon Maskın rəhbərlik etdiyi "SpaceX" kosmik şirkəti ABŞ Kosmik Qüvvələri ilə 4,16 milyard dollar dəyərində müqavilə imzalayıb. Müqavilə ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə irəli sürülən "Qızıl Günbəz" raketdən müdafiə proqramı çərçivəsində xarici təyyarə və raketləri izləyəcək peyklərin hazırlanmasını nəzərdə tutur.

Reyting.az xəbər verir ki, layihənin əsas məqsədi kosmosdan hava hədəflərinin fasiləsiz aşkarlanması və izlənilməsi üçün qlobal sistem yaratmaqdır.

Məlumata görə, ilkin mərhələdə "SpaceX" 2028-ci ilə qədər peyk qruplaşması formalaşdıracaq. Şirkətə, ümumi dəyəri təxminən 1,2 trilyon dollar qiymətləndirilən və 20 il davam etməsi nəzərdə tutulan proqram çərçivəsində digər kosmik müqavilələrin də verilməsi planlaşdırılır.

"SpaceX" nümayəndələri bildiriblər ki, yaxın günlərdə ABŞ Kosmik Qüvvələri ilə bu sahədə daha 2,29 milyard dollar dəyərində yeni müqavilənin imzalanması barədə razılıq əldə olunub.

Şirkət rəsmiləri vurğulayıblar ki, etimadın göstəricisi olaraq bundan əvvəl hərbi rabitə məqsədli "Starshield" kosmik proqramı üzrə 70 milyon dollar həcmində maliyyə dəstəyi də alıblar.

"SpaceX" rəhbərliyi əminliklə bəyan edib ki, "Qızıl Günbəz" layihəsi uğurla həyata keçiriləcək və qarşıya qoyulan məqsədlərə tam nail olunacaq.

Oqtay Qorçu
 

Reklam