Advert
Advert

Suda sirli işıqlanma qeydə alınıb

Tarix:
Suda sirli işıqlanma qeydə alınıb
Reklam

Kanadada atom reaktorundan təxminən 240 kilometr uzaqlıqda suda sirli işıqlanma qeydə alınıb.

Reyting.az xəbər verir ki, Kanadanın Ontario əyalətində fəaliyyət göstərən yeraltı "SNO+" laboratoriyasının alimləri nüvə reaktorundan 240 kilometrdən çox məsafədə gələn antineytrinoları ilk dəfə adi su vasitəsilə aşkar ediblər.

Tədqiqatçılar bildiriblər ki, bu nəticə 2018-ci ildə, detektorun təmiz su ilə doldurulduğu dövrdə toplanmış və 190 günü əhatə edən müşahidə məlumatlarının geniş təhlili zamanı əldə edilib. Onlar antineytrinoların yaratdığı zəif işıq siqnalını aydın şəkildə müəyyənləşdirə biliblər.

Alimlərin sözlərinə görə, əldə olunan nəticələrin etibarlılığı 3 sigma (təxminən 99,7 faiz) səviyyəsində qiymətləndirilib. Bu göstərici gələcək elmi tədqiqatların inkişafına və bir sıra mühüm elmi məsələlərin həllinə töhfə verə bilər.

Mütəxəssislər hesab edirlər ki, bu nailiyyət gələcəkdə nüvə reaktorlarının çox uzaq məsafədən daha ucuz, təhlükəsiz və səmərəli üsulla monitorinqi üçün yeni imkanlar yaradacaq.

Bu sahədə aparılan tədqiqatların nəticələri nüfuzlu "Physical Review Letters" elmi jurnalında dərc olunub.

Oqtay Qorçu
 

Reklam