ABŞ prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan “sülh şurası” Qəzza planının icrası üçün maliyyə çatışmazlığı ilə üzləşib.
Reyting.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi mənbələrə istinadla məlumat yayıb.
Bildirilib ki, Qəzzanın bərpası və idarə olunması üçün ayrılması nəzərdə tutulan 17 milyard dollarlıq vəsaitin yalnız kiçik hissəsi faktiki olaraq təmin edilib. Mənbələrin sözlərinə görə, vəsait çatışmazlığı səbəbindən planın həyata keçirilməsi ləngiyir.
Qeyd olunur ki, maliyyə öhdəliyi götürən 10 ölkədən yalnız bir neçəsi - Birləşmiş Ərəb Əmirlikləri, Mərakeş və ABŞ real maliyyə dəstəyi göstərib. Ümumi toplanan vəsaitin 1 milyard dollardan az olduğu bildirilir.
Məlumata görə, maliyyə və təhlükəsizlik problemləri səbəbindən Qəzzanın idarə olunması üçün nəzərdə tutulan komitə hələ də bölgəyə daxil ola bilməyib.
Bununla yanaşı, “sülh şurası” maliyyə problemləri ilə bağlı iddiaları təkzib edərək, bütün tələb olunan vəsaitin vaxtında təmin edildiyini açıqlayıb.(Teleqraf)