Advert
Advert

Sülh Şurası UNRWA ilə bağlı sərt qərar verib

Tarix:
Sülh Şurası UNRWA ilə bağlı sərt qərar verib
Reklam

Qəzzada vəziyyətin nizamlanmasına dəstək məqsədilə yaradılmış Sülh Şurası BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) anklavda gələcək fəaliyyətinə yer olmadığını bəyan edib.

Reyting.az xəbər verir ki, təşkilat bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.

"Sülh Şurasının yeni Qəzzasında UNRWA-ya yer yoxdur", - deyə bəyanatda bildirilir.

Təşkilat qərarını Qəzza əhalisinin uzunmüddətli humanitar yardımdan asılılığının aradan qaldırılması zərurəti ilə əsaslandırıb. 

Bəyanatda qeyd olunur ki, UNRWA-nın fəaliyyəti "davamlı yardım asılılığı və münaqişə dövrünün simvoluna çevrilib", Qəzza sakinləri isə "daha yaxşı gələcəyə layiqdirlər".

Bundan əvvəl ABŞ BMT-yə üzv dövlətləri UNRWA-nın maliyyələşdirilməsini dayandırmağa və həmin vəsaiti ABŞ-ın təşəbbüsü ilə yaradılmış Sülh Şurasına yönəltməyə çağırmışdı.

Xatırladaq ki, yanvarın 22-də Davosda keçirilən Dünya İqtisadi Forumu çərçivəsində 19 ölkənin nümayəndələri Qəzza üzrə Sülh Şurasının yaradılması haqqında nizamnaməni imzalayıblar. Məlumata görə, təşkilat İsrail ilə Fələstinin HƏMAS hərəkatı arasında Qəzzanın idarə olunmasına dair əldə edilmiş razılaşma əsasında yaradılıb. Eyni zamanda, gələcəkdə onun fəaliyyətinin dünyanın digər münaqişə bölgələrini də əhatə edəcəyi gözlənilir.

E. Kamal
 

Reklam