"Sumqayıt"dan ayrılan Saşa İliçin yeni klubu məlum olub.
Reyting.az xəbər verir ki, serbiyalı mütəxəssis ölkəsinin ən titullu klublarından olan "Partizan" komandasına rəhbərlik edəcək. Bu barədə Belqrad təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
48 yaşlı məşqçi ilə imzalanan müqavilənin müddəti və detalları açıqlanmayıb.
Qeyd edək ki, Saşa İliç 2024/2025 mövsümündə "Sumqayıt" futbol komandasını çalışdırıb.(Matc.az)