Advert
Advert

Süni yumurtalardan nəsli kəsilmiş nəhəng moa quşlarının balaları çıxıb

Tarix:
Süni yumurtalardan nəsli kəsilmiş nəhəng moa quşlarının balaları çıxıb
Reklam

Amerikanın nüfuzlu "Colossal Biosciences" şirkəti süni yumurta texnologiyasını uğurla sınaqdan keçirib. Mütəxəssislərin fikrincə, bu cür nəticə elm və texnologiya aləmində ilk belə yenilik kimi xüsusilə əhəmiyyətlidir. 

Reyting.az "Reuters" agentliyinə istinadla bildirir ki, təcrübə zamanı hazırlanmış süni yumurtalardan 26 sağlam cücə çıxıb.

Şirkət təmsilçiləri belə bir uğurlu nailiyyəti, təxmin edildiyi kimi, 500-600 il əvvəl nəsli kəsilmiş nəhəng moa quşlarının bərpası ilə bağlı mühüm mərhələ hesab etdiklərini bildiriblər. 

Məlumata görə, moa cücələri təxminən 21 günlük inkişaf dövründən sonra Dallasdakı laboratoriyada dünyaya gəliblər. Alimlərin sözlərinə görə, süni yumurta biotexnoloji silikon membran və sərt örtükdən ibarətdir. 

Şirkətdən bildirildiyi kimi, bu müasir sistem qaz mübadiləsini, temperaturu və rütubəti tənzimləyir, o cümlədən embrionun normal inkişafı üçün lazım olan maddələri, həm də kalsiumu təmin edir. 

Artıq sınaqdan keçən bu yeni texnologiya alimlərə imkan verəcək ki, onlar gələcəkdə də embrionun inkişafını real vaxt rejimində izləyə bilsinlər.

Oqtay Qorçu
 

Reklam