Advert
Advert

TƏBİB-də müşavir vəzifəsinə təyinat olub

Tarix:
TƏBİB-də müşavir vəzifəsinə təyinat olub
Reklam

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində (TƏBİB) kadr təyinatı həyata keçirilib.

Reyting.az xəbər verir ki, həkim Zeynal Bayramlı quruma müşavir təyin olunub.

Zeynal Bayramlı 2024-cü ilə qədər Ucar Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru vəzifəsində çalışıb. Daha sonra isə Bakıda fəaliyyət göstərən özəl tibb müəssisələrindən birində direktor müavini kimi fəaliyyətini davam etdirib.

Qeyd edək ki, 16 fevral 2026-cı ildə TƏBİB sədri Vüqar Qurbanov vəzifəsindən azad edilib. Hazırda TƏBİB sədri vəzifəsini Anar İsrafilov icra edir.(Bakupost.az)
 

Reklam