Advert
Advert

TƏBİB-də yeni təyinat: Əhmədova işinin icrasına başlayıb

Tarix:
TƏBİB-də yeni təyinat: Əhmədova işinin icrasına başlayıb
Reklam

Bir neçə gün əvvəl Səhiyyə Nazirliyinin İnsan resursları, elm və təhsil şöbəsi müdirinin müavini vəzifəsindən azad edilən Təranə Əhmədova yeni vəzifəyə təyin edilib.

Reyting.az “Bakupost”-a istinadla bildirir ki, T. Əhmədova işdən çıxarıldığı gün TƏBİB-də vəzifəyə təyinat alıb. 

Məlumata görə, T. Əhmədovaya əvvəlki sahə üzrə eyni vəzifə həvalə edilib və o artıq işinin icrasına başlayıb.

Bununla bağlı hələlik rəsmi açıqlama verilməyib. 

Təranə Əhmədova

Xatırladaq ki, Təranə Əhmədova 2024-cü ilin dekabrında Baş Prokurorluğun keçirdiyi əməliyyat zamanı saxlanılan Səhiyyə Nazirliyinin İnsan resursları, elm və təhsil şöbəsinin sabiq müdiri Səidə Rüstəmovanı əvəz etmişdi.

S. Rüstəmova saxta sertifikasiya işi ilə bağlı ittiham olunur.
 

Reklam