TƏBİB-in sabiq icraçı direktoru Vüqar Qurbanov kadrı olan qurumun ictimaiyyətlə əlaqələr departamentinin müdiri olan Zamirə Ədilova bu gün vəzifəsindən ayrılıb.
Reyting.az xəbər verir ki, bu barədə onun özü açıqlama verib.
Açıqlamada deyilir:
"Əziz dostlar, həmkarlar,
Bu gün TƏBİB-də son iş günüm idi.
Bu müddət ərzində qazandığım təcrübə, tanıdığım dəyərli insanlar və birlikdə keçirdiyimiz anlar mənim üçün çox qiymətlidir. Hər bir həmkarıma göstərdikləri dəstək və əməkdaşlığa görə təşəkkür edirəm.
Dəyərli komandamın hər bir üzvünə isə göstərdikləri fasiləsiz səylərə, nizam-intizamlarına və uğurlu fəaliyyətinə görə sonsuz minnətdaram!
TƏBİB-dən gözəl xatirələrlə ayrılıram və hər bir həmkarıma gələcək fəaliyyətində uğurlar arzulayıram.
Media mənsubu həmkarlarıma isə dəstəkləri üçün dərin ehtiram və sevgilərimi çatdırıram!
Görüşənədək…".