Bahadur Məhərrəm oğlu Rzayev Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktorunun müavini təyin edilib.
Reyting.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildiriblər.
Məhərrəm Rzayev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində departament rəhbəri vəzifəsində çalışıb, reabilitasiya xidmətlərinin təşkili, keyfiyyətə nəzarət və xidmətlərin idarə olunması istiqamətlərində fəaliyyət göstərib. Daha sonra həmin Agentliyin İdarə Heyəti sədrinin müşaviri vəzifəsində çalışıb.
Yeni təyinatından əvvəl o, TƏBİB-in İcraçı direktorunun müşaviri vəzifəsində fəaliyyət göstərib.
Qeyd edək ki, TƏBİB-in əvvəlki icraçı direktorunun müavini Araz Nəsirov öz istəyi ilə vəzifədən azad edilib.