Advert
Advert

Təhlükəli epidemiya yayılır

Tarix:
Təhlükəli epidemiya yayılır
Reklam

Nigeriyanın Sokoto əyalətində meningit epidemiyası artıq 8 bölgəyə yayılıb. İndiyədək 256 şübhəli yoluxma halı aşkarlanıb, 33 uşaq isə həyatını itirib.

Reyting.az xəbər verir ki, rəsmilər xəstəliyin əsasən 1 yaşdan 15 yaşadək uşaqlara təsir etdiyini bildirərək, yayılmanın qarşısını almaq üçün təcili tədbirlərin görüldüyünü açıqlayıblar.

Sokoto əyalətinin səhiyyə komissarı Faruk Abubakar bildirib ki, təxminən bir ay əvvəl qeydə alınan meningit epidemiyası hazırda ştatın 8 bölgəsini əhatə edir.

Onun sözlərinə görə, həmin ərazilərdə 256 şübhəli meningit halı aşkarlanıb və epidemiya nəticəsində 33 uşaq ölüb.

Abubəkr qeyd edib ki, 1 yaşdan 15 yaşadək uşaqlar epidemiyadan ən çox zərər görən yaş qrupudur. O əlavə edib ki, sıx məskunlaşma və mövsümi quru küləklər virusun yayılma riskini artıraraq şimal bölgələrində ciddi ictimai səhiyyə problemi yaradır.

Məlumata görə, digər ölkələrdə də təhlükəli virusların yayılması müşahidə olunur. Hantavirus infeksiyasına yoluxma halları Avropada artıb və son olaraq İsveçrədə qeydə alınıb.

Mütəxəssislər bildirirlər ki, hantavirusa qarşı xüsusi peyvənd mövcud deyil. Bu səbəbdən gigiyena qaydalarına ciddi əməl olunması ən effektiv qorunma üsulu hesab edilir.

Azərbaycan Səhiyyə Nazirliyi yanında fəaliyyət göstərən Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzindən bildirilib ki, hazırda ölkə ərazisində hantavirus infeksiyasına şübhəli və ya təsdiqlənmiş yoluxma halları qeydə alınmayıb.

Mərkəzin məlumatına görə, bu virus Azərbaycan üçün endemik hesab olunmur və mövcud epidemioloji vəziyyət onun yayılma riskinin aşağı olduğunu göstərir.

“Hantavirus əsasən siçan və digər gəmiricilərin sidiyi, nəcisi və tüpürcəyi ilə təmas zamanı yoluxur. Buna görə də risk daha çox gəmiricilərlə sıx təmas olan məkanlarda yaranır”, - deyə məlumatda bildirilib.

Səhiyyə Nazirliyi profilaktik məqsədlə əhaliyə aşağıdakı tövsiyə edir:

gəmiricilərin məskunlaşmasının qarşısını almaq və mütəmadi deratizasiya tədbirləri həyata keçirmək;

açıq ərazilərdə, eləcə də uzun müddət istifadə olunmayan və köhnə məkanlarda təmizlik işləri apararkən qoruyucu vasitələrdən istifadə etmək;

gəmiricilərlə birbaşa təmasdan çəkinmək.

V. Quliyev
 

Reklam