İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampın İranın dünən endirdiyi zərbələrə cavab tədbirlərinin təxirə salınması ilə bağlı tələbini təmin edib.
Reyting.az xarici mediaya istinadla xəbər verir ki, Netanyahu əvvəlcə bununla razılaşmaq istəməsə də, sonradan Vaşinqtona İslam Respublikası ilə razılaşmaq üçün əlavə vaxt vermək qərarına gəlib.
ABŞ lideri bir qədər əvvəl bəyan etmişdi ki, Netanyahu Vaşinqtonun Tehranla əldə etdiyi istənilən razılaşmanı qəbul etməyə məcbur olacaq.
E. Kamal