"Tottenhem"in və İngiltərə millisinin sabiq hücumçusu Cermeyn Defo baş məşqçi kimi çalışacaq.
Reyting.az xəbər verir ki, 43 yaşlı mütəxəssis "Uokina"a rəhbərlik edəcək.
Klubun mətbuat xidmətinin məlumatına görə, Milli Liqada (səviyyəcə 5-ci) mübarizə aparan kollektiv ingiltərəli məşqçi ilə mövsümün sonuna kimi nəzərdə tutulan müqavilə imzalayıb.
Qeyd edək ki, Cermeyn Defo son olaraq "Tottenhem"in gənclər komandasını çalışdırıb.(Matc.az)