Advert
Advert

Tatarıstan və Samaradakı zavodlara hücum edilib

Tarix:
Tatarıstan və Samaradakı zavodlara hücum edilib
Reklam

Ukrayna dronları Tatarıstan və Samara vilayətindəki neft-kimya və neft emalı zavodlarına hücum edib.

Reyting.az xəbər verir ki, bu barədə Ukrayna mediası yazıb. 

Xüsusilə, Nijnekamskda Rusiyanın ən böyük neft-kimya zavodlarından biri olan “Nijnekamskneft”ə zərbə endirilib.

Məlumata görə, zavod sintetik kauçuklar, plastiklər, monomerlər və poliesterlər istehsal edir.

Eyni zamanda Nijnekamsk Taneko Neft Emalı Zavoduna da hücum edildiyi bildirilir. İnternetdəki görüntülərdə iki böyük yanğın və qatı qara tüstü görünür. İlkin məlumata görə, neft emalı mərhələsində istifadə edilən iki AVT qurğusuna, eləcə də bir çən anbarına ziyan dəymiş ola bilər. Zavod ildə 16,2 milyon ton gücünə malik “Tatneft” şirkətinə məxsusdur.

Nijnekamsk meri Radmir Belyayev şəhərin 12 iyunda qeyd olunan Rusiya Günü ilə bağlı bütün bayram tədbirlərini ləğv etdiyini açıqlayıb.

Samara vilayətinin Tolyatti şəhərindəki “Tolyattikauçuk” kimya zavodu da hücuma məruz qalıb. “Tatneft” şirkətinə məxsus şirkət sintetik kauçuklar, monomerlər, polimerlər və benzin əlavələri istehsal edir.

Qeyd edək ki, Rusiyada əsas milli bayramlarını - Rusiya Gününü 12 iyunda qeyd edirlər.

E. Kamal
 

Reklam