Tayvanın şərq sahillərində 5,4 bal gücündə zəlzələ qeydə alınıb.
Reyting.az xəbər verir ki, bu barədə Çin Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların adanın şimal-şərqindəki Yilan qraflığının sularında qeydə alındığı bildirilir.
Zəlzələnin episentri təxminən 100 kilometr dərinlikdə yerləşib. Tələfat və dağıntılar barədə məlumat yoxdur.
Seysmoloqlar Yaponiyanın Hokkaydo adasında da 6 bal gücündə zəlzələ qeydə alıblar.
V. Quliyev