Advert
Advert

Tayvanda Şərqi Asiyanın ən hündür ağacı aşkar edilib

Tarix:
Tayvanda Şərqi Asiyanın ən hündür ağacı aşkar edilib
Reklam

Tayvan alimləri və ekologiya könüllüləri ölkə ərazisindəki adalardan birində hündürlüyü 84,1 metrə çatan, tayvaniya növünə aid nəhəng ağac aşkar ediblər. Mütəxəssislərin bildirdiyinə görə, bu ağac hündürlüyünə görə təxminən 27 mərtəbəli binaya bərabərdir və hazırda Şərqi Asiyanın ən hündür ağacı hesab olunur.

Reyting.az xəbər verir ki, ağacın aşkar edilməsi üçün tədqiqatçılar müasir LiDAR lazer skanlama texnologiyasından istifadə edərək ərazidəki meşələrin üçölçülü xəritəsini hazırlayıblar. Alimlər vurğulayıblar ki, məhz bu texnologiyanın köməyi ilə hündürlüyü 65 metrdən artıq olan 941 ağacı müəyyən etmək mümkün olub.

Tədqiqatçılar xatırladıblar ki, bundan əvvəl, 2023-cü ildə həyata keçirilən çətin və təhlükəli ekspedisiya zamanı aşkar edilmiş digər bir nəhəng ağaca tayvanlı alimlər “Daan çayının Səmavi Qılıncı” adını vermişdilər.

Alimlərin fikrincə, bu qədim meşələr atmosferdən böyük həcmdə karbon qazını udaraq qlobal istiləşməyə qarşı mübarizədə mühüm rol oynayır.

Məlumata görə, 2026-cı ilin əvvəlindən indiyədək Tayvan ərazisində hündürlüyü 60-70 metrdən çox olan 10 nadir ağac növü aşkar edilərək sənədləşdirilib.

Oqtay Qorçu
 

Reklam