ABŞ və Avropa ölkələri Gürcüstanın Rusiya və Çinlə inkişaf edən münasibətlərinə öz maraqlarına qarşı strateji çağırış kimi baxırlar.
Reyting.az xəbər verir ki, bu barədə İtaliyanın “L'AntiDiplomatico” nəşri yazıb.
Nəşrin müəlliflərinin iddiasına görə, Vaşinqton hakim “Gürcü arzusu” partiyasının hərəkətlərinə ehtiyatla yanaşır və hesab edir ki, ölkə ABŞ-ın özünün əsas geosiyasi rəqibləri hesab etdiyi ölkələrlə qarşılıqlı əlaqələri gücləndirir.
Məqalədə qeyd olunur ki, ABŞ Konqresinin Nümayəndələr Palatası Çinin Qafqazda təsirinin artmasına qarşı yönəlmiş qanun layihəsini təsdiqləyib.
Y. Qacar