Ötən gecə İranın Tehran, İsfahan və Təbriz şəhərlərində partlayışlar qeydə alınıb.
Reyting.az xəbər verir ki, bununla bağlı İranın dövlət televiziyası məlumat yayıb.
“Tehran, Təbriz və İsfahanda bir neçə partlayış səsləri eşidilib”,- xəbərdə bildirilir.
Dağıntı və tələfat barədə məlumat verilməyib.
Qeyd edək ki, aprelin 8-də atəşkəs qüvvəyə mindikdən sonra iyunun 7-də axşam İran İsrailə iki dəfə raket zərbəsi endirib. Zərbələrdən əvvəl İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin sözçüsü İbrahim Rezai bildirib ki, İslam Respublikası İsrail ordusunun Beyrutun cənub ətrafına hücumuna qəti və “ağrılı” cavab verəcək.
***
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İsrailin İran ərazisindəki bəzi hədəflərə havadan buraxılan ballistik raketlərlə hücum etdiyini təsdiqləyib.
Reyting.az-ın məlumatına görə, SEPAH-ın yaydığı bəyanatda qeyd olunub ki, İsrail ölkə ərazisindəki hədəflərə qarşı havadan buraxılan ballistik raketlərdən istifadə edib.
İsrailin “The Times of Israel” nəşri isə yazıb ki, İsrail Müdafiə Qüvvələri İranda hərbi hədəflərə zərbələr endirib.
Qeyd olunur ki, bu əməliyyat İsrailə raketlərin atılmasından sonra həyata keçirilib.
E. Kamal