Advert
Advert

Tehran İsraillə əməkdaşlıq edən ölkələri hədələyir 

Tarix:
Tehran İsraillə əməkdaşlıq edən ölkələri hədələyir 
Reklam

“Böyük İran xalqı ilə düşmənçilik ağılsız avantüradır. Bu mövzuda İsraillə əlbir olmaq bağışlanmazdır. Nifaq salmaq üçün İsraillə əlbir olanlara cavab veriləcək”.

Reyting.az-ın məlumatına görə, bunu İranın xarici işlər naziri Abbas Əraqçi özünün sosial şəbəkədəki “X” səhifəsində yazıb.

Diplomat İslam Respublikasına qarşı İsraillə əməkdaşlıq edən ölkələrin Tehran tərəfindən məsuliyyətə cəlb olunacağını bildirib. 

İranın xarici işlər naziri bununla İsrail Baş naziri Benyamin Netanyahunun Birləşmiş Ərəb Əmirliklərində səsləndirdiyi fikirlərə cavab verib.

Y. Qacar

Reklam