Pakistan və Qətərin vasitəçiliyi ilə İsveçrədə keçirilən İran-ABŞ texniki danışıqları başa çatıb. Tərəflər yüksək səviyyəli görüşlərin növbəti mərhələsinə hazırlaşırlar.
Reyting.az xəbər verir ki, bunu İranın xarici işlər nazirinin müavini və texniki danışıqlar qrupunun rəhbəri Kazem Qəribabadi bildirib.
Onun sözlərinə görə, dörd ölkənin iştirak etdiyi texniki danışıqlar uğurla yekunlaşıb və hazırda yüksək səviyyəli danışıqların növbəti mərhələsinə hazırlıq işləri aparılır.
Qeyd olunur ki, texniki məsləhətləşmələr çərçivəsində yaradılmış dörd işçi qrupu əldə olunan razılaşmaların həyata keçirilməsi istiqamətində fəaliyyət göstərəcək. İşçi qruplarının əsas diqqəti sanksiyaların ləğvi, nüvə məsələləri, yenidənqurma və iqtisadi inkişaf, eləcə də razılaşmaların monitorinqi və icrası məsələlərinə yönələcək.
E. Kamal