“İran ərazisi yaxınlığında fəaliyyət göstərən xarici hərbi qüvvələr daim risk altındadır”.
Reyting.az bildirir ki, İranın xarici işlər naziri Abbas Əraqçi bu bəyanatı Tehranın Hörmüz boğazı yaxınlığında Amerika helikopterini vurması ilə bağlı yayılan informasiya fonunda verib.
Nazir bunu risk altında olanların öz səhvləri, qəzaları və ya çarpaz atəşə tutulma ehtimalı ilə bağlı olduğunu izah edib.
A. Əraqçi “X” sosial media hesabında “Onlar üçün riskləri azaltmağın ən yaxşı yolu ərazini tərk etməkdir”, - yazıb.
Nazir qeyd edib ki, Tehran “diplomatiya dili”nə üstünlük verir, amma “başqa dildə də danışa bilir”.
Y. Qacar