İsrail ordusu Livanın cənubundakı kəndlərə hava zərbələri endirib.
Reyting.az xəbər verir ki, bu barədə Livanın “NNA” informasiya agentliyi məlumat yayıb.
Məlumata görə, İsrailə məxsus pilotsuz təyyarələr Sur şəhəri yaxınlığındakı Mənsuri və Əl-Əziyə kəndlərinə, həmçinin Bint Cbeil rayonunun Bəraşit kəndinə üç zərbə endirib.
İsrail ordusu, həmçinin Nəbatiya əyalətindəki Müəllimlər evi ərazisini də atəşə tutub. Hücumlar nəticəsində ölən və yaralananlar barədə məlumat verilmir.
Qeyd olunur ki, atəşkəsin elan olunduğu martın 2-dən etibarən İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı 3.884 nəfərə çatıb.
E. Kamal