Tovuz rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Reyting.az "Report"a istinadla bildirir ki, qəza rayonun Dönük Qırıqlı kəndi ərazisində qeydə alınıb.
"VAZ-2106" və "Mitsubishi Pajero" markalı avtomobillər toqquşub. Qəza nəticəsində "VAZ-2106"nın sürücüsü hadisə yerində həyatını itirib.
Hadisə zamanı xəsarət alan sərnişinlər xəstəxanaya çatdırılıblar.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.
