Advert
Advert

Tramp: ABŞ Hörmüz boğazını asanlıqla aça bilər

Tarix:
Tramp: ABŞ Hörmüz boğazını asanlıqla aça bilər
Reklam

ABŞ prezidenti Donald Tramp iddia edir ki, ABŞ tezliklə Hörmüz boğazını asanlıqla aça bilər.

Reyting.az xəbər verir ki, Amerika lideri bu barədə sosial media hesabında yazıb.

Qeyd edək ki, fevral ayının 28-də ABŞ və İsrail İrana qarşı müharibəyə başlayıblar. O vaxtdan Tehran da daxil olmaqla, İranın böyük şəhərləri vurulur. İranın İslam İnqilabı Keşikçiləri Korpusu isə İsrailə və ABŞ-nın Bəhreyn, İordaniya, İraq, Qətər, Küveyt, BƏƏ və Səudiyyə Ərəbistanındakı hərbi obyektlərinə zərbələr endirir.

İran hakimiyyəti həmçinin Hörmüz boğazını ABŞ, İsrail və İslam Respublikasına qarşı təcavüzü dəstəkləyən ölkələrlə əlaqəli gəmilər üçün bağlayıb. 

E. Kamal
 

Reklam