Advert
Advert

Tramp: ABŞ-ın NATO-ya ildə 600 milyard dollar xərcləməsi dəlilikdir

Tarix:
Tramp: ABŞ-ın NATO-ya ildə 600 milyard dollar xərcləməsi dəlilikdir
Reklam

“Vaşinqton kiçik məsələlərdə dəstək ala bilmədiyi üçün onun da yardım göstərməkdən imtina etmək hüququ var”.

Reyting.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.

Avropa ölkələrinin İranla bağlı münaqişədə ABŞ-a dəstək verməkdən imtina etməsinə münasibət bildirən Trampın sözlərinə görə, Vaşinqtonun NATO-ya töhfələri həddindən artıq böyükdür.

“Deməli, biz bütün bu pulları xərcləyirik. Düşünürəm ki, ildə təxminən 600 milyard dollar sərf etmişik. Bir düşünün: NATO-ya xərclədiyimiz vəsaitin həcmi sadəcə dəlilikdir və bunun bizə ciddi faydası olmayıb”, - deyə o, Ağ Evdə jurnalistlərə bildirib.

Tramp əlavə edib ki, ABŞ “kiçik məsələlərdə” belə dəstək ala bilmədiyi üçün onun da yardım göstərməkdən imtina etmək hüququ var.

Daha əvvəl Tramp Avropa ölkələrinin İran məsələsində ABŞ-a kömək göstərməkdən imtina etməsini “axmaqlıq” adlandırmışdı.

E. Kamal
 

Reklam